Avro-2016: Kimin nə qədər gəliri olacaq
Fransanın Avropa çempionatında, ən pis halda, 1,5 milyard avro gəlir əldə edəcəyi gözlənilir. UEFA-nın bu yarışlardan gəlirinin isə 1,95 milyard avro olacağı ehtimal edilir. Onun 1 milyardının teleyayım hüquqlarından, 480 milyonun bilet satışından, qalan 470 milyonun isə kommersiya gəlirləri olması nəzərdə tutulur .

Ölkələrin gəlirləri də bəllidir. UEFA 301 milyon avronu 24 iştirakçı arasında bölüşdürəcək (2012-ci ildə bu rəqəm 198 milyon, 2008-ci ildə 80 milyon idi).

Qrup mərhələsində hər qələbənin qiyməti 1 milyon, heç-heçənin isə 500 min avrodur. Qrupdan pley-offa çıxışa görə mükafat 1,5 milyondur. 1/4 finalın hər bir iştirakçısına 2,5 milyon, yarımfinalçılara isə 4 milyon ödənəcək. Çempionun qazancı daha 8 milyon, finalçının isə 5 milyon avro təşkil edəcək.

Beləliklə, yarışdan ən az - 8, ən çox isə 27 milyon (2012-ci ildə 23,5 milyon avro) qazanmaq olar.

Xəbər 837 dəfə oxundu.