Azərbaycan klublarının Çempionlar Liqası yarışlarındakı rəqibləri müəyyənləşib
Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının 2016-2017-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

Romada təşkil olunan püşkatma nəticəsində Azərbaycan çempionu “Azərreyl” və “Telekom”un da rəqibləri müəyyənləşib.

Püşkə əsasən, “Azərreyl” komandası “C” qrupunda “Sent-Rafael Var” (Fransa), “Fənərbağça” (Türkiyə) və təsnifat mərhələsinin ikinci cütünün qalibi ilə qarşılaşacaq.

“Telekom” klubu isə “A” qrupunda yer alıb. Bakı təmsilçisi “Ximik” (Polşa), “İmoko Konelyano” (İtaliya) və təsnifat mərhələsinin üçüncü cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrup mərhələsinin oyunlarına dekabrda start veriləcək. Qalib isə gələn il aprelin 23-də müəyyənləşəcək.

Xəbər 977 dəfə oxundu.