Futbol üzrə şəhər birinciliyi sona çatıb
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 may və 7 iyun tarixlərdə Yaşar Məmmədzadə adına şəhər stadionunda futbol üzrə müəssisələr, təşkilatlar və MİS-lərin komandaları arasında şəhər birinciliyi keçirilib.

10 komanda iki yarımqrupda mübarizə aparıb. Yarışın əsasnaməsinə uyğun olaraq yarımqrupda 5 komanda dairəvi sistem üzrə mübarizə aparıb. Qrupda 1-2-ci yeri təmin etmiş komandalar yarımfinal və final oyunlarına vəsiqə qazanıblar.

İyunun 7-də final oyununda “İşıqlı Gələcək” komandası Zülfüqar-1 komandasına 2:1 hesabı ilə qalib gəlib və şəhər birinci olub. Zülfüqar-1 komandası ikinciyə, Qaz İstismar İdarəsinin futbol komandası isə üçüncü yerə layiq görülüblər.

Şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi mükafatlar - idman geyimləri, kubok və diplomlar komandalara təqdim olunub. Şəhər birinciliyində yüksək əzimkarlıq göstərən ən yaxşı qapıçı, ən yaxşı müdafiəçi, ən yaxşı yarımmüdafiəçi, ən yaxşı hücumçü və ən məhsuldar oyunçular da diplomlara layiq görülüblər.

Xəbər 776 dəfə oxundu.