Azərbaycanlı şahmatçılar Alyoxin Memorialında iştirak edəcəklər
Sabah Fişer şahmatı üzrə turnirlə “Voronej-2016” 20-ci beynəlxalq şahmat festivalı start götürür.

Alyoxin Memorialı da adlanan festivalın proqramına rapid (11 iyun), “Master Open” – Rusiya Kuboku mərhələsi (12- 20 iyun), “FİDE Open” (12-21 iyun), blits (17 iyun) və məhdud imkanlı şəxslər üçün “Ümid yelkəni” (13-19 iyun) turnirləri daxildir.

Bu turnirlərdə Azərbaycan idmanının şərəfini qrossmeyster Ülvi Bacarani və Elmar Qasımov qoruyacaq.

“Voronej-2016” 20-ci beynəlxalq şahmat festivalı iyunun 21-də başa çatacaq.

Alyoxin Memorialı hər il Voronej vilayəti qubernatoru Aleksey Qordeyevin, Voronej vilayət hökumətinin və Şahmat Peşəkarları Assosiasiyasının dəstəyi ilə keçirilir.

Xəbər 727 dəfə oxundu.