Samir Məsimov Avropa Liqasına hazırlığa başladı
Sloveniyanın "Domjale" klubu yeni mövsümün hazırlığına başlayıb. Azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu komandanı qarşıda Avropa Liqası gözləyir.

Komanda hazırlığa 30 futbolçu ilə başlayıb. Onların arasında Məsimov da var.

Qeyd edək ki, "Domjale" Avroliqada mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq.

Xəbər 657 dəfə oxundu.