Azərbaycan millisi Makedoniya və Xorvatiya yığmaları ilə qarşılaşacaq
Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 10-dan 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Yığmamız iyunun 15-18-də Makedoniyanın Skopye şəhərində təşkil olunacaq UEFA inkişaf turnirində iştirak edəcək.

Millimiz iyunun 16-da Makedoniya, iki gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq.

Xəbər 685 dəfə oxundu.