“Rio-2016”ya vəsiqə qazanan qadın taekvondoçularımızdan biri Koreyada, digəri isə Bakıda hazırlıq keçir
Azərbaycanın qadın taekvondoçuları Koreya Respublikasına yollanıblar.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Park iki idmançımızın Asiyada hazırlıq keçməsini məqsədəuyğun hesab edib. “Rio-2016” Olimpiadasına lisenziyanı təmin edən Patimat Abakarova (49 kq), həmçinin Yaprak Erişin (62 kq) hazırlığı iyulun 8-dək davam edəcək.

Olimpiadaya vəsiqə qazanan Fəridə Əzizova (67 kq) isə “Rio-2016”ya şəxsi məşqçisinin rəhbərliyi ilə hazırlaşır.

Xəbər 704 dəfə oxundu.