Maarifləndirmə işinin aparılmasına həsr olunmuş tədbir keçirilib
14 İyun 2016-cı il tarixdə Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə şəhər 1 saylı tam orta məktəbdə erkən nigahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov, Gənclər sahəsi üzrə aparıcı məsləhətçi Faiq Seyidəliyev iştirak edib .

Tədbirin sonunda gəncləri maraqlandıran suallara idarə əməkdaşları tərəfindən ətraflı cavablar verilib.

Xəbər 749 dəfə oxundu.