Sumqayıt Neftçinin forvardını almaq istəyir
"Sumqayıt" yeni hücumçu axtarışına çıxıb. Sumayıtlılar "Neftçi"nin hücumçusu Məhəmməd Qurbanovu heyətə qatmaq üçün fəaliyyətə başlayıblar.

Vaxtilə bu komandada uğurlu çıxış edən və "Neftçi"yə keçən Qurbanov paytaxt klubunda özünü göstərə bilmədi. Bu üzdən də "Sumqayıt" onu geri qatarmaq fikrinə düşüb. Lakin Məhəmmədin bakılılarla müqaviləsi olduğundan, bu keçidin alınıb-alınmayacağı bilinmir.

Xəbər 660 dəfə oxundu.