AFFA-nın İcraiyyə Komitəsinin iclasında mühüm qərarlar qəbul olunub
İyunun 7-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasda müzakirələrdən sonra 2016-2017-ci il mövsümündə Premyer-liqada çıxış edəcək klubların sayının müəyyənləşdirilməsi barədə qərarın İcraiyyə Komitəsinin iyunun 13-də keçiriləcək iclasında qəbul olunması razılaşdırılıb. AFFA-nın, Peşəkar Futbol Liqasının və Lisenziyalaşdırma Qrupunun birinci diviziondan Premyer-liqaya yüksəlmək ehtimalı olan klubların vəziyyəti ilə bağlı iyunun 13-dək araşdırma aparıb İcraiyyə Komitəsinə təqdim etməsi qərara alınıb.

Rafiq Mirzəyevin U-17 Azərbaycan yığmasının, Mirbağır İsayevin U-16, Milton Luiz Ziller Juniorun futzal üzrə Azərbaycan milli komandasının, Zeynal Zeynalovun çimərlik futbolu üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyinatları təsdiqlənib.

Xəbər 699 dəfə oxundu.