"Qəbələ” klubu qapıçı Andrey Popoviç ilə yollarını ayırıb
"Qəbələ” futbol klubu qapıçı Andrey Popoviç ilə yollarını ayırıb.

2015-ci ilin yayından “Qəbələ”nin formasını geyinən 24 yaşlı futbolçu komandanın heyətində 1 mövsüm çıxış edib. Qolkiper 2015-2016-cı il mövsümündə “Qəbələ”də 10 oyun keçirib, 14 qol buraxıb. Premyer Liqada 8 matçda 11 dəfə qola üzülən qapıçı Azərbaycan kubokundakı yeganə oyunda qapısını toxunulmaz saxlayıb. A.Popoviç UEFA Avropa Liqasında keçirdiyi matçda 3 top buraxıb. Futbolçu “Qəbələ”nin heyətində Topaz Premyer Liqasının bürünc mükafatını qazanıb.

Xəbər 679 dəfə oxundu.