Neftçinin forvardı Levskiyə keçə bilər
"Neftçi"nin ispaniyalı forvardı Anyete yenidən Bolqarıstana qayıda bilər. Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Anyete hazırda Sevilyada məhz "Levski"də çıxış edən dostu Migel Bedoya ilə istirahət edir. Ehtimal olunur ki, Anyetenin "Neftçi" ilə müqaviləsinin müddəti rəsmən bitən kimi, o, azad agent statusu alaraq, "Levski" ilə müqavilə imzalayacaq.

Xəbər 653 dəfə oxundu.