Bakıda qarışıq döyüş növləri üzrə “M-1 Challenge 67” turniri keçirilir
İyunun 4-də Bakıda ilk dəfə qarışıq döyüş növləri üzrə məşhur “M-1 Challenge 67” turniri start götürüb.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışda 15 ölkədən idmançıların iştirakı ilə 10 döyüş keçiriləcək.

Turnirdə Azərbaycanı üç idmançı təmsil edir. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir.

Dünyanın 150 ölkəsində canlı yayımlanan turnir “Odlar Yurdunda döyüş” adı altında təşkil olunub. “M-1” üzrə dünya çempionluğu uğrunda döyüşdə Maqomed İdrisov İvan Buxinger, Artyom Damkovski Aleksandr Butenko, Marselo Brito isə Avkat Raxmanov ilə münasibətlərə aydınlıq gətirəcək.

Gecənin əsas görüşlərində Etiqad Atakişiyev Adrian Peres, Felipe Nsue Taleh Nəcəfov, Lazar Todev Zaur Hacıbabayev, Mixail Sırbu Zalimbeq Omarov, Yevgeni Guryanov Yevgeni Myakinkin ilə mükafat uğrunda yarışacaq.

Xəbər 971 dəfə oxundu.