Liderlərdən növbəti qələbə
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında X turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, Bakı İdman Sarayında təşkil olunmuş görüşlərdən sonra lider dəyişib. Bu, “Azərreyl”in istirahət edəcəyi turda “Azəryoloservis”in “Bakı”ya uduzacağı halda baş verib. Ölkə çempionu “Rabitə” asanlıqla “İqtisadçı”nı üstələyib. “Lokomotiv Biləcəri” – “Lokomotiv” görüşündə “böyük qardaş” qalib gəlib.

Super Liqa. Qadınlar. 17 fevral
X tur

“Azəryolservis” – “Bakı” - 2:3 (25:23, 16:25, 25:16, 15:25, 9:15)
Hakimlər: Vüqar Cəfərov, Ceyhun İsmayılov
İlk oyun: “Bakı” – “Azəryolservis” - 3:0 (25:14, 25:20, 25:13)

“Lokomotiv Biləcəri” – “Lokomotiv” - 0:3 (17:25, 14:25, 22:25)
Hakimlər: Murad Abdurəhmanzadə, Səbuhi Əliyev
İlk oyun: “Lokomotiv” – “Lokomotiv Biləcəri” - 3:0 (25:9, 25:11, 25:17)

“Rabitə” - “İqtisadçı” - 3:0 (25:15, 25:23, 25:23)
Hakimlər: Eldar Zülfüqarov, Konstantin Selin
İlk oyun: “İqtisadçı” – “Rabitə” - 1:3 (12:25, 25:17, 23:25, 18:25)

O Q M S T X

1.«Bakı» 9 6 3 21-9 755:675 15
2.«Rabitə» 7 7 0 21-1 542:366 14
3.«Azərreyl» 7 6 1 18-7 656:495 13
4.«İqtisadçı» 8 4 4 13-15 655:654 12
5.«Lokomotiv» 7 4 3 15-9 458:486 11
6.«Azəryolservis» 9 1 8 8-24 605:448 10
7.«Lokomotiv Biləcəri» 9 0 9 0-27 418:676 9



Xəbər 1234 dəfə oxundu.