FİFA-nın Sürixdəki qərargahında axtarış aparılıb
İsveçrəli müstəntiqlər FİFA-nın Sürixdəki qərargahında axtarış aparıblar. Müstəntiqlər sənədləri və kompyuterlərdə olan məlumatları götürüblər.

Əməliyyat FİFA-nın bəzi əməkdaşları ilə bağlı aparılan təhqiqatlar çərçivəsində həyata keçirilib və qurumun rəhbəri Canni İnfantino ilə bağlı deyil.

Bu gün İsveçrənin prokurorluğu da FİFA qərargahında axtarış aparılması xəbərini təsdiqləyib. Prokurorluqdan verilən izahatda əməliyyatın bir gün əvvəl keçirildiyi bildirilib. Məqsəd mövcud informasiyanın təsdiqi, eləcə də yeni sübutların üzə çıxarılması olub.

Almaniyanın “Die Welt” nəşrinin yazdığına görə, isveçrəli Canni İnfantino FİFA Şurasının mayda Mexikoda keçirilən iclasının audioyazısını məhv etdiyi üçün FİFA-nın Etika Komitəsindəki işindən 90 günlüyə kənarlaşdırıla bilər.

Sonradan Etika Komitəsi 2016-cı ilin fevralında FIFA prezidenti seçilən Canni İnfantino ilə bağlı təhqiqat aparıldığını təkzib edib.

Xəbər 681 dəfə oxundu.