Azərbaycanın U-19 millisi makedoniyalı həmyaşıdlarına məğlub olub
Makedoniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 3-də yoldaşlıq oyunu keçirib.

Makedoniyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Komandamızın qolunu Fərid Nəbiyev vurub.

Xəbər 647 dəfə oxundu.