Azərbaycan millisi Rumıniya, Sloveniya və Türkiyə yığmaları ilə qarşılaşacaq
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rumıniyada təşkil olunacaq UEFA inkişaf turnirində iştirak edəcək.

İyunun 9-dan 12-dək keçiriləcək yarışda millimiz Rumıniya, Sloveniya və Türkiyə yığmaları ilə qarşılaşacaq.

Millimiz iyunun 9-da Ruminiya, bir gün sonra Sloveniya, iyunun 12-də isə Türkiyə komandası ilə üz-üzə gələcək.

Xəbər 797 dəfə oxundu.