Millimiz bu gün Kanada yığması ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan milli komandası Avstriyada təşkil olunmuş təlim-məşq toplanışında bu gün sonuncu yoldaşlıq oyununu keçirəcək.

Millimiz Bakı vaxtı ilə saat 21:00-da Kanada yığması ilə qarşılaşacaq. Qarşılaşmanı isveçrəli FİFA referiləri idarə edəcək. Oyunun baş hakimi Saşha Amhof olacaq. Ona həmyerliləri Stefane De Almeida, Vital Jobin və Adrien Jaccottet kömək edəcəklər.

Toplanış çərçivəsində millimiz Andorra yığması ilə heç-heçə edib (0:0), Makedoniya komandasına isə 1:3 hesabı ilə məğlub olub.

Xəbər 753 dəfə oxundu.