Britaniyalı jurnalist və ekspert Daniel Rikkiardo haqqında
Monako Qran-prisində finişdən sonra Daniel Rikkiardonun aşıb-daşan qəzəbi pis əlamət deyil və yürüşçünü hesabdan silmək olmaz.

Bu fikirləri britaniyalı jurnalist və ekspert Mark Hyuz Monako Qran-prisindən sonra “Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardonun hərəkətləri barədə fikirlərini bildirərkən deyib.

M.Hyuzun bildirib ki, Luis Hamiltonu da hisslərini gizlətməməkdə, yaxşı və ya pis olmasının fərqinə varmadan əhval-ruhiyyəsini şüurlu şəkildə bütün dünyaya sərgiləməkdə ittiham edirlər. Monako Qran-prisində “Red Bull Racing” komandası onu ağır vəziyyətdə qoyduqda Daniel Rikkiardo da duyğularını əsla gizlətmirdi. Rikkiardonu ən yaxşı yürüşçülərdən biri adlandıran Luis Hamiltonun şərhləri də onun simasında daim görməyə adət etdiyimiz məşhur təbəssümü doğurmadı. Çünki komandasının ucbatından ikinci dəfə məğlub olurdu. O, Barselonada qalib gələ bilərdi. Bunu üzüntü ilə xatırlayan pilot deyib: “Barselonadakı məğlubiyyətlə barışdım. Lakin ikinci uğursuzluqla barışmaq çox çətindir”.

Bundan sonra Rikkiardonun komanda ilə necə sıx əlaqə saxlayacağı məlum deyil. Lakin ümid edək ki, məşhur pilotu gələcəkdə yeni qələbələr gözləyir.

Xəbər 719 dəfə oxundu.