“Kəpəz” futbol klubu yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir
“Kəpəz” futbol klubu Avropa Liqası və Azərbaycan Premyer Liqasının yeni mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Beş yerli futbolçunun keçidinə nail olan “Kəpəz” daha iki oyunçunun xidmətində maraqlıdır. Hazırda bu istiqamətdə işlər gedir. Komandaya dəvət olunacaq futbolçular legioner olacaq.

Məşqçilər korpusunun hesabatına əsasən, komanda mərkəz yarımmüdafiəçisi və son müdafiəçi mövqeləri üzrə oyunçulara ehtiyac duyur.

Xəbər 788 dəfə oxundu.