Şahmat üzrə rayon birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26-27 may tarixlərdə 276 saylı tam orta məktəbdə 28 may “Respublika Günü” münasibətilə rayon orta ümumtəhsil məktəblərinin 5-6-cı sinif şagirdləri arasında Şahmat üzrə rayon birinciliyi keçirilib.

Birincilikdə 26 komanda tərkibində 6 nəfər olmaqla ümumilikdə 156 nəfər şagird iştirak edib.

Yarışın nəticələrinə görə birinciyə 246 saylı məktəb-lisey, ikinciyə 102 saylı tam orta məktəb, üçüncü yerə 314 saylı tam orta məktəbin komandası layiq görülüb.

Sonda qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlarla təltif olunublar.

Xəbər 908 dəfə oxundu.