Millimizin rəqiblərindən qələbə
Ötən gecə dünyanın yaşıl meydanlarında yığma komandaların növbəti yoxlama oyunları baş tutub. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə bir qrupda yer alan komandalardan da gücünü sınayanlar olub.

Belə ki, Çexiya yığması Rusiya ilə qarşılaşıb. Çexlər bu oyunda əzmkar qələbəyə seviniblər.

Norveç yığması isə İslandiya ilə üz-üzə gəlib. Beş qolun vurulduğu oyunda millimizin rəqibi qələbə qazanmağı bacarıb.

Yoxlama oyunları
1 iyun

Rusiya - Çexiya - 1:2

Norveç - İslandiya - 3:2

Xəbər 845 dəfə oxundu.