Vüqar Həşimov Memorialının altıncı turunda qarşılaşacaq rəqiblər məlum olub
Bu gün Şəmkirdəki Heydər Əliyev Mərkəzində Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turnirinin 6-cı turu keçirilir.

Bu turda aşağıdakı cütlüklər qarşılaşacaq: Aniş Giri (Hollandiya) - Pavel Elyanov (Ukrayna), Hou İfan (Çin) - Pentala Harikrişna (Hindistan), Rauf Məmmədov (Azərbaycan) - Sergey Karyakin (Rusiya), Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov (hər ikisi – Azərbaycan), Eltac Səfərli (Azərbaycan) - Fabiano Karuana (İtaliya).

Beş turdan sonra turnirin liderlər qrupunda vəziyyət belədir: Fabiano Karuana - 4,5 xal, Aniş Giri - 4 xal, Sergey Karyakin - 3 xal.

Xatırladaq ki, mayın 31-də istirahət günü idi.

Turnir iyunun 4-də başa çatacaq.

Xəbər 661 dəfə oxundu.