“Kəpəz” klubu Türkiyədə iki yoxlama oyununda gücünü sınayacaq
Avropa Liqasında çıxış edəcək “Kəpəz” futbol klubunun bu turnirlə bağlı ilk hazırlıq planı müəyyənləşib.

Gəncə klubu iyunun 11-dən 21-dək Türkiyədə təlim-məşq toplanışı keçəcək. Komanda 10 gün ərzində Ərzurumda hazırlıq prosesində olacaq.

“Kəpəz” Ərzurumda olduğu müddətdə əsasən fiziki çalışmalar üzərində işləyəcək. Komanda orada iki yoxlama oyunu keçirməyi də planlaşdırır. Hazırda bu istiqamətdə danışıqlar aparılır.

Xəbər 673 dəfə oxundu.