“Zirə” klubu ilk transferini reallaşdırıb
“Zirə” futbol klubunda heyətlə bağlı çalışmalar davam edir.

Komanda ilk transferini reallaşdırıb. Təcrübəli müdafiəçi Tural Cəlilov “Zirə”nin sırasına qoşulub və futbolçu ilə birillik müqaviləyə imza atılıb.

T.Cəlilov ötən mövsüm “Xəzər-Lənkəran” klubunun şərəfini qoruyub. Peşəkar karyerasına “Ədliyyə”də başlayan futbolçu “Gənclərbirliyi”, “Simurq” və “Rəvan”da da çıxış edib. T.Cəlilov Azərbaycan yığmasının da formasını geyinib.

Xəbər 686 dəfə oxundu.