Kəpəz Türkiyədə hazırlaşacaq
Qarşıdakı mövsümdə Avropa Liqasında çıxış edəcək “Kəpəz”in bu turnirlə bağlı ilk hazırlıq planı müəyyənləşib. Gəncə klubu iyunun 11-dən 21-nə kimi Türkiyədə təlim-məşq toplanışı keçəcək. Komanda 10 gün ərzində Ərzurumda hazırlıq prosesində olacaq.

“Sarı-göylər” “Palantökən” otelində məskunlaşacaq. Xatırladaq ki, “Kəpəz” ötən mövsüm öncəsi də qardaş ölkədə məhz bu bölgədə məşq etmişdi.

Nizami yurdunun təmsilçisi Ərzurumda olduğu müddətdə əsasən fiziki çalışmalar üzərində işləyəcək. Komanda orada iki yoxlama oyunu keçirməyi də planlaşdırıb. Hazırda bu yöndə danışıqlar aparılır.

“Kəpəz” Bakı – Naxçıvan - Ərzurum marşrutu ilə Türkiyəyə yollanacaq.

Xəbər 690 dəfə oxundu.