Azərbaycanın U-21 komandası Sloveniya millisinə qalib gəlib
Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Yığmamız Sloveniyanın U-21 komandası ilə qarşılaşıb. Qarşılaşma Mahir Mədətov və Elşən Abdullayevin vurduğu qollar sayəsində 2:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Xəbər 678 dəfə oxundu.