Nicat Qurbanov Kəpəzə keçidindən danışdı
"Kəpəz"in yeni transferi Nicat Qurbanov bu keçidi ilə bağlı fikirlərini bölüşüb. O, bunları söyləyib:

"Zirə" üçün gücüm daxilində əlimdən gələni etdim. Yaxşı ayrıldıq. Bu komandaya uğurlar arzulayıram. Yeni kluba keçidimə gəlincə, "Kəpəz"dən təklif gəldi, mən də razılaşdım. Ümid edirəm ki, bu transfer həm mənim, həm də klubumun xeyrinə olacaq. Komandaya faydalı olmaq üçün əlimdən gələni edəcəyəm. Əsas odur ki, azarkeşlər yeni mövsümdə də komandanı dəstəkləsinlər. Allah eləsin ki, hər şey yaxşı olsun".

Xəbər 1059 dəfə oxundu.