Bakı-2020-nin keçirilmə tarixi məlum oldu
Bakı şəhərinin 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarını keçirmək istədiyi tarix müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, bu haqda lent.az-a Bakı-2020-nin Təşkilat Komitəsindən məlumat verilib.

Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunan Sifariş Kitabında Yay Olimpiya Oyunlarının açılış mərasiminin 2020-ci il iyulun 17-də keçiriləcəyi göstərilib. Olimpiadanın bağlanış mərasiminin avqustun 2-də təşkili nəzərdə tutulub. Avqustun 13-də isə Yay Paralimpiya Oyunları start götürməlidir. Bu tədbir avqustun 24-dək davam edəcək.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarına Bakıdan əlavə, Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) şəhərləri də iddialıdır. 2012-ci il mayın 23-də Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Kanadanin Kvebek şəhərindəki iclasında bu şəhərlər arasından “short list” (“qısa siyahı”) seçəcək. Qalib şəhərin adı isə, 2013-cü il sentyabrın 7-də BOK-un Argentina paytaxtı Buenos-Ayresdə keçiriləcək sessiyasında açıqlanacaq.

Xəbər 1084 dəfə oxundu.