Şəmkirdə tanınmış şahmatçılar yeniyetmələr üçün seans keçiblər
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2016" turnirinin iştirakçıları Zəka Gənclər Mərkəzində yeniyetmə şahmatçılar üçün seans keçiblər.

Görüşdə həmyerlimiz Şəhriyar Məmmədyarov, çinli dünya çempionu Hou Yifan, rusiyalı Sergey Karyakin, Hollandiyanı təmsil edin Aniş Giri və italiyalı Fabiano Karuana iştirak ediblər.

Yeniyetmələrlə görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıblar. Yalnız Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 11 yaşlı Əli Əmrahlıya heç-heçə təklif edərək yeniyetmənin sevinməsinə şərait yaradıb.

Xəbər 682 dəfə oxundu.