Azərbaycan təmsilçisi Avropa məktəbli turnirində növbəti oyununu keçirib
Fransanın Lans və Lill şəhərlərində təşkil olunmuş Avropa məktəbli turnirində iştirak edən “Coca-Cola Məktəbli Kuboku” yarışının 2014-2015-ci il mövsümünün qalibi Səbail rayonundakı 163 nömrəli orta məktəbin komandası üçüncü oyununu keçirib.

Bolqarıstan komandası ilə qarşılaşan təmsilçimiz 2:5 hesabı ilə məğlub olub.

Turnirin Əsasnaməsinə uyğun olaraq, məğlubiyyət üçün 1, heç-heçə üçün 2, qələbə üçün isə 3 xal verilir. Türkiyə və Bolqarıstan təmsilçilərinə məğlub olan, ingiltərəli məktəblilərlə isə heç-heçə oynayan komandamız hazırda 4 xala malikdir.

Xəbər 712 dəfə oxundu.