“Lazımı səviyyədə hücum edə bilmədik”
“Hazırda komandamızda gənc voleybolçular yer alıblar. Bu səbəbdən hər matçda eyni səviyyədə oyun nümayiş etdirmək çətindir. Çalışırıq ki, bunu aradan qaldıraq və komanda turlar ötdükcə təcrübə yığmaqdadır”. İdman.com.az saytının məlumatına görə, bunu “Azəryolservis”in baş məşqçisi Aleksandr Çervyakov deyib.

Təcrübəli mütəxəssis Super Liqanın X turunda “Bakı”ya 2:3 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb. O bildirib ki, lazımı səviyyədə hücumlarını təşkil olunmaması xal itirmələri ilə nəticələnib: “Bakı” taktiki cəhətdən üstün oynadı. Həmçinin, voleybolçular hücumlarda son nöqtəni qoymaqda çətinlik çəkirdilər. Bu səbəbdən də yekunda qələbə qazana bilmədik”.

Xəbər 1009 dəfə oxundu.