“Kəpəz” klubu beş futbolçu ilə güclənib
Qarşıdakı mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə yeni futbolçular qatıb.

Gəncə klubu 5 oyunçu ilə güclənib. Belə ki, “Rəvan”dan Novruz Məmmədov, “Xəzər-Lənkəran”dan Vüqar Bəybalayev, Tural Qürbətov, “Zirə”dən Nicat Qurbanov və “Ağsu”dan Davud Kərimi “Kəpəz”ə keçib.

Futbolçular ilə birillik müqavilə imzalanıb.

Xəbər 928 dəfə oxundu.