İran klubu Ruslan Abışovu istəyir
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov karyerasını İran "İstiqlal"ında keçirə bilər. Tehran təmsilçisi son mövsümü "Qəbələ"də keçirən bu oyunçu ilə müqavilə imzalamaq istəyir.

Amma Abışov bu təklifi cavablandırmağa tələsmir.

Qeyd edək ki, "İstiqlal" İranın ən yaxşı klublarından biri hesab olunur və dəfələrlə ölkə çempionu olub. Son mövsümü isə bu klub üçüncü pillədə başa vurub.

Xəbər 871 dəfə oxundu.