Gimnastlarımız Avropa çempionatında iştirak ediblər
İsveçrənin Bern şəhərində kişi idman gimnastikası üzrə 32-ci Avropa çempionatı keçirilir.

Çempionatda ölkəmiz ilk dəfə olaraq böyüklər və gənclər arasında komanda yarışlarında təmsil olunub.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, gimnastlarımız Oleq Stepko, Petro Paxnyuk, Timur Bayramov və Daniel Robert Lukas 28 komanda arasında 20-ci yeri tutublar. Təəssüflər olsun ki, paralel qollar üzərində hərəkətlərdə O.Stepkonun yol verdiyi səhv, keçən dünya çempionatında ona bürünc medal gətirmiş sevimli alətində final mərhələsinə vəsiqə qazanmamasına səbəb olub.

Gənclərimiz Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, Səməd Məmmədli, Cavidan Babayev və Sergiy Onbış Avropa çempionatında debüt çıxışlarını nümayiş etdiriblər. Komanda hesabında hər alət üzrə göstərilmiş ən yaxşı 4 nəticənin cəminə əsasən, gənclər 30 komanda arasında 22-ci pillədə qərarlaşıblar.

Xəbər 665 dəfə oxundu.