Qəbələdə MDB dövlətlərinin idman sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək
İyunun 9-10-da Qəbələdə MDB dövlətlərinin Bədən Tərbiyəsi və İdman Sahəsində Əməkdaşlıq Haqqında Saziş iştirakçılarının bədən tərbiyəsi və idman Şurasının iclası keçiriləcək.

Xatırladaq ki, 2011-ci il martın 14-15-də Bakıda bu Şuranın iclası keçirilib və Birliyin yaradılmasının 20 illiyinə həsr edilib. Həmin vaxt Əsasnaməyə müvafiq olaraq Şuraya sədrlik Azərbaycan Respublikasına keçib.

Xəbər 590 dəfə oxundu.