Zeynəb Məmmədyarova sürətli şahmat turnirində
Sabah Tiflisdə qadınlar arasında Peşəkar Şahmatçıların Assosiasiyasının (PŞA) kuboku uğrunda sürətli şahmat üzrə yarışa start veriləcək. İdman.com.az saytının məlumatına görə, turnirdə Azərbaycanı Zeynəb Məmmədyarova təmsil edəcək.

Bu sınaqda qrossmeysterimizlə yanaşı, Aleksandra Kostenyuk, Nadejda və Tatyana Kosinseva bacıları (hər üçü - Rusiya), Nana Caqnidze, Maya Çiburdanidze (hər ikisi - Gürcüstan), Viktoriya Çmilite (Litva), Antoaneta Stefanova (Bolqarıstan), Anna Muzıçuk (Sloveniya), Katerina Lahno (Ukrayna), Pia Kramlinq (İsveç) və Anna Zatonskix (ABŞ) də qüvvələrini sınayacaqlar.

Yarışın təntənəli açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da olacaq. Burada həmçinin ilk turun təqvimi də bilinəcək.
Qeyd edək ki, fevralın 22-nə kimi davam edəcək turnirin mükafat fondu 40 min ABŞ dollarıdır. Çempion adını qazanacaq zəka sahibi isə 10 min dollara yiyələnəcək.

Xəbər 1164 dəfə oxundu.