“Zirə” klubu Nicat Qurbanovla yollarını ayırıb
“Zirə” klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Nicat Qurbanov karyerasını başqa komandada davam etdirəcək. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.

Bundan əvvəl Çimezie Mbah, Dieqo Qusmao, Luis Alberto Diez, Tərzin Cahangirov, Ruslan Poladov və Rəşad Abdullayev “Zirə”dən ayrılmışdı.

Xəbər 681 dəfə oxundu.