Azərbaycanın U-21 komandası sloveniyalı həmyaşıdlarına məğlub olub
Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Yığmamız Sloveniyanın U-21 komandası ilə qarşılaşıb. Qarşılaşma 4:1 hesabı ilə sloveniyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Elnur Cəfərov fərqlənib.

Mayın 31-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

Xəbər 796 dəfə oxundu.