“Anji” klubunun yeni baş məşqçisi kim oldu?
Rusiyanın “Anji” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Qus Hiddinkin Mahaçqala təmsilçisi ilə danışıqları müsbət yekunlaşıb.

66 yaşlı niderlandlı mütəxəssis yeni klubu ilə bütün müqavilə şərtlərini razılaşdırıb. Hiddink yaxın vaxtda “Anji” ilə 1,5 illik müqavilə imzalayacaq. Onun artıq bu gün komandasının Antalyadakı təlim-məşq toplanışına qoşulmağı gözlənilir. Hiddinkin köməkçiləri Ton dyi Şatinye ilə Jelko Petroviç olacaq.

Xəbər 985 dəfə oxundu.