Atletlərimiz idman gimnastikası üzrə Avropa çempionatında uğur qazana bilmədi
İsveçrənin Bern şəhərində kişi idman gimnastikası üzrə 32-ci Avropa çempionatı keçirilib. Bu çempionatda Azərbaycan ilk dəfə olaraq böyüklər və gənclər arasında komanda yarışlarında iştirak edir.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, gimnastlar Oleq Stepko, Petro Paxnyuk, Timur Bayramov və Daniel Robert Lukas 28 komanda arasında 20-ci yeri tutublar. Təəssüflər olsun ki, parallel qollar üzərində hərəkətlərdə Oleqin yol verdiyi səhv, ötən dünya çempionatında ona bürünc medal gətirmiş sevimli alətində final mərhələsinə vəsiqə qazanmaq şansını boşa verməsinə səbəb olub.

Gənclər Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, Səməd Məmmədli, Cavidan Babayev və Sergiy Onbış Avropa Çempionatı yarışlarında debüt çıxışlarını nümayiş etdiriblər. Komanda hesabında hər alət üzrə göstərilmiş ən yaxşı 4 nəticənin cəminə əsasən, gənclər 30 komanda arasında 22-ci mövqedə qərarlaşıblar.

Xəbər 753 dəfə oxundu.