Azərbaycan Respublikası idmançılarının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə və XXVII Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və məşqçiləri “Şöhrət” ordeni ilə təltif edilsinlər:
Abdullayev Namiq Yadulla oğlu
Meftəhəddinova Zemfira Əli qızı
Cəfərov Hafiz Yusif oğlu
Məmmədov Vahid Şərafəddin oğlu
Məmmədov Yaqub Əkbər oğlu

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 oktyabr 2000-ci il.

Xəbər 1137 dəfə oxundu.