FİDE prezidenti Təşkilat Komitəsinin sədri ilə görüşdü
FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovla görüşüb. Beynəlxalq Şahmat Federasiyasının rəhbəri paytaxtımızda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlığın gedişatından razı olduğunu bildirib. Kirsan İlyumjinov söyləyib ki, Bakı şəhəri indiyə qədər keçirilən şahmat olimpiadalarından ən yaxşısını təşkil etməklə yarışın tarixində yeni səhifə açacaq.

Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun da iştirak etdiyi görüşdə Bakı Şahmat Olimpiadasının hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğu bildirilib.

Xəbər 642 dəfə oxundu.