Karuana və Harikrişna heç-heçəni şərh etdi
ShamkirChess 2015 turnirinin I turunda ABŞ təmsilçisi Fabiano Karuana Hindistan idmançısı Pentala Harikrişna heç-heçə oynayıb. Partiyadan sonra şahmatçılar oyun haqda fikirlərini bildirib:

Fabiano Karuana: "Maraqlı debüt izlədik. Üstünlük olsa belə onu inkişaf etdirmək çətin idi. Bu mənada müxtəlif variantlar üzərində düşünürdüm. Rəqib yaxşı müdafiə olunurdu. Səhv etmək istəmədiyim üçün fərqli gedişlərə üstünlük verdim. İlk turda yarım xal pis nəticə deyil. Əsl mübarizə irəlidədir".

Pentala Harikrişna: "ShamkirChess 2016-da zəif rəqib yoxdur. İlk turda reytinq favoritlə qarşılaşdığım üçün çətinlik yaşadım. Karuana güclü rəqibdir. Burada qələbə qazanmağa əsas namizədlərdən sayılır. İlk oyunda yarım xal qazanmaq normaldır. Qarşıda bizi daha çətin oyunlar gözləyir".

Xəbər 641 dəfə oxundu.