FİFA Connect layihəsi ilə bağlı görüşlər keçiriləcək
2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb. 2016/17-ci il mövsümündən isə FİFA Connect proqramı tətbiq olunacaq.

FİFA Connect proqramının tətbiqi qeydiyyat prosesinin onlayn şəkildə hər bir klub və ya klublara dəstək məqsədi ilə müvəqqəti açılacaq region ofisləri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Məhz bu səbəbdən 2016/17-ci il mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların məşqçiləri ilə görüşlər keçiriləcək. Görüşlərin məqsədi FİFA Connect layihəsinin təqdimatı, klub və qeydiyyat aparacaq region ofislərinin funksiyalarının təqdimatı, qeydiyyatın dəqiq vaxtının elan edilməsi, proyektor vasitəsi ilə yeni qeydiyyat bazasının nümayişidir.

Xəbər 656 dəfə oxundu.