Azad Rəhimov: Vüqar Həşimov Azərbaycan şahmatına böyük uğurlar qazandırıb
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 superturnirinin açılış mərasimində iştirak edən Gənclər və İdman naziri Azad Rəhimov yarış haqda fikirlərini mətbuat xidmətinə bildirib. O, bunları söyləyib:

"Mərhum şahmatçımız Vüqar Həşimov bizi tərk etsə də, onu daim xatırlayırıq. O, dünya şahmat ulduzu, Avropa çempionu idi. Vüqar Həşimov Azərbaycan şahmatına böyük uğurlar qazandırıb. Bu turnir də onun xatirəsinə ehtiram əlamətidir. "ShamkirChess" turniri Azərbaycanda keçirilən və FİDE-nin təqvimində yer alan beynəlxalq yarışlar arasında xüsusi yer tutur. Turnir çox yüksək səviyyədə təşkil olunub. Şəmkir çox gözəl şəhərdir. Şahmatçılar da özlərini burada çox yaxşı hiss edirlər. Qarşıda şahmatsevərləri 10 maraqlı yarış günü gözləyir".

Qeyd edək ki, ShamkirChess 2016 superturniri iyunun 4-də başa çatacaq.

Xəbər 640 dəfə oxundu.