MOİK və Neftçala finala yüksəldi
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Peşəkar Futbol Liqası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq futbol üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” turnirinə start verilib. Olimpiya sistemi üzrə keçirilən turnirdə ötən gün ilk oyunlar, başqa sözlə, yarımfinallar baş tutub.

MOİK “Şərurspor”la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabıyla bitdiyinə görə, matçdan dərhal sonra qalibi müəyyənləşdirmək üçün penalti seriyasından istifadə edilib. Penaltiləri daha dəqiq yerinə yetirən "hərbçilər" 3:1 hesabıyla üstün olaraq, finala yüksəliblər.

Digər yarımfinal görüşündə isə “Araz Naxçıvan” “Neftçala” ilə qarşılaşıb. Birinci Divizionun qalibi meydan sahiblərinə 3 cavabsız qolla qalib gəlib.

Beləliklə, turnirin finalında MOİK “Neftçala” ilə qarşılaşacaq. Final matçı mayın 27-də keçiriləcək. Görüş saat 17:30-da başlayacaq.

Xəbər 676 dəfə oxundu.