Bakıda konkur üzrə CSI2*-W dərəcəsində beynəlxalq turnir başlayıb
Mayın 25-də “Binə” atçılıq mərkəzinin açıq manejində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konkur üzrə CSI2*-W dərəcəsində beynəlxalq turnir başlayıb. Turnirin mükafat fondu 60 min manatdır.

Turnirin ilk günündə yarışların iki turu keçirilib. Azərbaycan və Lüksemburqdan olan iştirakçılar 15 yorğa atda vaxt nəzərə alınmaqla yarışıb. 36,68 saniyə nəticə ilə birinci yeri “Cissy” ləqəbli atla azərbaycanlı çapar Səid Musayev qazanıb. Azərbaycanla yanaşı, Almaniya, Türkiyə və Lüksemburqdan olan idmançıların da iştirak etdiyi ikinci turda Türkiyə təmsilçisi Ömər Şimşək qalib olub. O, ən yaxşı vaxt göstəricisi ilə (62,68 saniyə) 65 xal toplayıb.

Qeyd edək ki, Azərbaycanda artıq ənənəyə çevrilən bu turnir 2009-cu ildən keçirilir.

Xəbər 1505 dəfə oxundu.