“ShamkirChess 2016” superturnirində ilk rəqiblər müəyyənləşib
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2016" superturnirinin püşkatma mərasimi keçirilib.

Püşk nəticəsində Şəhriyar Məmmədyarov ilk turda rusiyalı Sergey Karyakinə rəqib olub.

Digər qarşılaşmalara gəlincə, Rauf Məmmədov Aniş Giri (Hollandiya), Teymur Rəcəbov Hou Yifan (Çin), Eltac Səfərli Pavel Elyanov (Ukrayna), Fabiano Karuana (ABŞ) isə Pentala Harikrişna (Hindistan) ilə qarşılaşacaq.

Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək turnirə mayın 26-da start veriləcək. Qalib dairəvi sistemlə 9 turluq mübarizə nəticəsində müəyyənləşəcək.

Xəbər 651 dəfə oxundu.