Yeniyetmələrin Azərbaycan birinciliyində ilk günün qalibləri bilindi
Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb. 1999-2000-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunub.

Yarışda AGF-nin nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq iştirak edir.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəkidə 142 yeniyetmə pəhləvan yarışıb.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunur.

42 kq
FİNAL - Azər Muxtarlı (Sumqayıt) - Elçin Quluzadə (Lənkəran) 10:0
Bürünc medal görüşü - Qurban Qurbanov (ROİL) - Zaur Əliyev (Lokomotiv) 4:5
Bürünc medal görüşü - Həbibxan Əhmədxanov (Qusar) - Xəyal Rüstəmov (Sumqayıt) 0:8

46 kq
FİNAL - Rəvan Rəcəbov (Sumqayıt) - Mirsirac Həsənli (Şirvan) 10:1
Bürünc medal görüşü - Araz Şükürzadə (Lənkəran) - Əli Məmmədov (Lokomotiv) 7:4
Bürünc medal görüşü - Fail İsgəndərov (Cəngi GK) - Amil Axundov (Şəmkir) 12:1

50 kq
FİNAL - Murad Quliyev (Təhsil İC) - Zaur Nuriyev (Məhsul İC) 0:8
Bürünc medal görüşü - Radik Dayıyev (Qusar) - Şamxal Əhmədov (Neftçi İK) 7:1
Bürünc medal görüşü - Əli Kərimov (Cəlilabad) - Ramil İsrailov (Neftçi İK) 2:1

54 kq
FİNAL - Nurlan Dadaşov (Şirvan) - Ədil Sadıqzadə (Bakı GK) 2:1
Bürünc medal görüşü -Zöhrab Sarıyev (Təhsil İC) - Ağamirzə Rəcəbov (Sumqayıt) 0:5
Bürünc medal görüşü - Həsən Məmmədli (ROİL) - Elnur Musayev (Neftçi İK) 1:2

58 kq
FİNAL - Fazil Mirzəyev (Beyləqan) - Cavidan Cavadov (Abşeron) 1:5
Bürünc medal görüşü - Niyaz Ərzumanov (ROİL) - Murad Abbasov (Həyat GK) 1:0
Bürünc medal görüşü - Elşad Mirzəliyev (Göyçay) - Elvin Kərimov (Neftçi İK) 6:14

63 kq
FİNAL - Murad İsmayılov (Şəmkir) - Elnur Əsədov (Sumqayıt) 4:11
Bürünc medal görüşü -Elvin Hüseynov (Neftçi İK) - Mahir Ağayev (Olimp GK) 4:5
Bürünc medal görüşü - Davud Əlmuradov (Məhsul İC) - Xəyal Yolçuyev (Təhsil İC) 4:6

Xəbər 777 dəfə oxundu.